AZ

Fernandeş ''Beşiktaş''dan Rusiya nəhənginə yollanır

''Beşiktaş''ın portuqaliyalı üzvü Jedson Fernandeş ''Zenit''ə keçməyin biraddımlığındadı. İstanbul nəhəngi ilə Rusiya nəhəngi arasında artıq ilkin anlaşma əldə olunub.

Portuqaliyanın ''A Bola'' nəşri isə anlaşmanın maddi detallarını açıqlayıb. Mənbənin verdiyi məlumata görə ''Zenit'' bu keçidə görə 18 milyon avro ödəyəcək və Fernandeşlə dördillik müqavilə imzalayacaq. 25 yaşlı futbolçu Sankt-Peterburq klubunda illik 3 milyon avro qazanacaq. ''Beşiktaş'' ilə Fernandeşin əvvəlki klubu ''Benfika'' arasındakı anlaşmaya görə futbolçunun transferindən əldə olunacaq məbləğin 50 faizi Lissabon nəhənginə çatacaq. Yəni 18 milyon avronun yarısı ''Beşiktaş''a, yarısı ''Benfika''ya qismət olacaq.

Əslində bu transfer artıq açıqlanmalıdı idi. Sadəcə ''Zenit'' son anda ödəniş şərtlərini dəyişdirdiyindən tərəflər yenidən danışıqlar masasına əyləşməli oldular. Türkiyədə daha öncə ''Qalatasaray'' və ''Çaykur Rizəspor''un şərəfini qorumuş Fernandeş ''Beşiktaş''da 2-ci mövsümünü geridə qoydu. ''Ağ-qaralar'' 2022-də bu futbolçunu ''Benfika''dan 6 milyon avroya transfer etmişdilər. Fernandeş indiyə qədər ''Beşiktaş''da 81 rəsmi oyuna çıxıb və 6 qol, 13 məhsuldar ötürmə ilə fərqlənib.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
football-plus.az

1Mənbələr