AZ

Didye Deşam Polşa ilə oyun öncəsi tənqidləri cavabladı

Fransa yığmasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün qrup mərhələsinin sonuncu, 3-cü turunda Polşa yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bir çox müsbət məqamlar var, amma aydındır ki, qalib gəlmək üçün qol vurmaq gərəkdir. Biz bu işə baxacağıq və ümidvarıq ki, növbəti mərhələyə vəsiqə qazanmaq məqsədimizə çatmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”, deyə Deşam bildirib.

Xatırladaq ki, Fransa yığması yarışda bir qol belə, vurmayıb. “Xoruzlar” qrup mərhələsinin 1-ci turunda Avstriya yığması ilə oyunu (1:0) rəqibin öz qapısına vurduğu qolla qazanıblar. 2-ci turda Niderland yığması ilə oyunu isə “quru” hesabla başa vurublar.

Fransız mütəxəssis bu xüsusda komandanın ünvanına yönəlmiş tənqidləri də cavablayıb:

“Mətbuat yazmaqda və istədiyini etməkdə azaddır, amma bu qədər imkanları qola çevirməməyimiz həqiqətən məyusedicidir. Beş-altı imkan yaradaraq oyuna nəzarət edirdik. Stadionda böyük dəstəyimiz vardı, 10 milyondan çox fransız oyunu televizorda izləyirdi. Nəyisə bəyənməsələr, kanalı dəyişə bilərlər. Mən və qərargahım sakitik, mən isə daxilən narahat deyiləm”, deyə Didye Deşam vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “D” qrupunun Fransa – Polşa oyunu bu gün, iyunun 25-də Dortmundun “Siqnal İduna Park” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

3-cü tur ərəfəsində “D” qrupunun mənzərəsi belədir:

  1. Niderland – 4 xal
  2. Fransa – 4 xal
  3. Avstriya – 3 xal
  4. Polşa – 0 xal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
arena.az

1Mənbələr