AZ

“Bank of Baku”nun biznes kreditlərinin həcmi 5 milyon manatdan çox azalıb

“Bank of Baku” 2024-cü ilin yanvar-mart aylarında müştərilərə 669 milyon 359 min manat kredit verib.

Valyuta.az banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 1,6 % çoxdur.

Hesabat dövründə bankın istehlak kreditlərinin həcmi 2,4 % artaraq 487 milyon 565 min manat təşkil edib.

2024-cü ilin birinci rübündə bank 142 milyon 881 min manat biznes krediti verib, bu da 2023-cü ilin sonu ilə müqayisədə 5 milyon 206 min manat, yaxud da 3,5% azdır.

2023-cü ilin sonunda bank 148 milyon 087 min manat biznes krediti verib. 

Bu ilin birinci rübündə bank daşınmaz əmlak kreditlərinin həcmi 38 milyon 896 min manat olub ki, bu da 12 % çoxdur.

Nara
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
valyuta.az

1Mənbələr