AZ

Apple şirkəti, qaydaları pozduğuna görə, yenidən Avropada mühakimə olunur!

     Avropa Birliyinin rəqabət tənzimləyiciləri, bu gün Apple-a qarşı yeni bir istintaq açıldığını açıqlayıblar. Tənzimləyicilər bildiriblər ki, Apple, App Store müştərilərinin alternativlərə yönləndirilməsinə icazə verməməklə DMA qaydalarını pozub. İstintaq çərçivəsində Apple günahkar bilinərsə, texnologiya nəhəngini ağır cərimələr gözləyir. AB-nin icra orqanı olan Avropa Komissiyası da Apple-ın tərtibatçılarla bağladığı yeni müqavilələrin şərtləri ilə əlaqədar yeni araşdırmaya başladığını açıqlayıb. Apple-a qarşı olan bu ittiham, AB-nin Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində irəli sürdüyü ilk ittihamdır. Komissiyanın yekun qərarını verməsi üçün 2025-ci ilin martına qədər vaxtı var. DMA qaydalarına görə, təqsirli bilinən şirkətlər qlobal illik dövriyyələrinin 10%-ə qədər cərimələnə bilərlər. Araşdırma zamanı Apple, uyğun və lazımi şərtləri təmin etməklə cəzalardan qaça bilər.     Digər tərəfdən, Apple, proqram tərtibatçılarından və Komissiyadan rəy aldıqdan sonra DMA-ya riayət etmək üçün son bir neçə ay ərzində bir sıra dəyişikliklər etdiyini söyləyib. AB-nin tənzimləyici orqanına görə isə Apple, App Store-da tərtibatçıların istehlakçıları daha sərfəli təkliflər və məzmun üçün alternativ kanallara sərbəst yönləndirməsinə mane olur. Komissiyaya görə, Apple, tərtibatçılara istifadəçiləri abunəlik kimi məzmunu ala biləcəkləri veb-səhifəyə göndərən bir link təmin edə biləcək sistem aləti vasitəsilə yönləndirməyə imkan verir, lakin yenə də bu linkin əlavə edilməsi kifayət etmirmiş kimi görünür. Çünki Apple link vasitəsilə edilən alış-verişdən yüksək komissiyalar alır. Bundan əlavə, bildirilib ki, App Store vasitəsilə yeni müştərilərin əldə edilməsi üçün Apple-ın tərtibatçılardan aldığı ödənişlər "zəruri miqdardan kənara çıxır”.     Komissiya eyni zamanda Apple-ın üçüncü tərəf proqram tərtibatçıları və tətbiq mağazaları üçün yeni müqavilə tələbləri, onların zəruri və mütənasib olub-olmaması ilə bağlı araşdırma başladıb. Bura həmçinin “core technology fee” qiymətləndirilməsi də daxildir. Apple hələ də App Store-dan kənar yükləmələr üçün hər quraşdırılmış proqram görə 0.54 dollar rüsum alır. Komissiya bunun DMA-ya uyğun olub-olmadığını araşdırdığını söyləyib. Bütün bunlara əlavə olaraq, Komissiya alternativ proqram mağazası və ya proqramın yüklənməsi və quraşdırılması ilə bağlı “çoxmərhələli istifadəçi səyahətini” də araşdırır. Tənzimləyici, buradakı prosesin istifadəçilər üçün çətin olduğunu düşünür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
technote.az

1Mənbələr