AZ

Türkiyədə ordu içində yerləşən 24 FETÖ nümayəndəsi həbs edilib

Baki. TurkicWorld:

Türkiyədə Ankara Respublika Baş Prokurorluğunun Quru Qoşunları Komandanlığında yerləşmiş Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli strukturu ilə bağlı apardığı istintaqda 24 şübhəli barəsində həbs qərarı çıxarılıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Baş Prokurorluğundan verilən açıqlamaya görə, FETÖ-nün Quru Qoşunları Komandanlığındaki sözdə məxfi strukturu ilə bağlı Terror Cinayətləri İstintaq Bürosu tərəfindən istintaq başladılıb.

İstintaq zamanı Ankara mərkəzli 9 vilayətdə sabit telefon xətlərindən istifadə edərək təşkilatın sözdə mülki liderləri ilə əlaqə saxlayan 1-i məsul şəxs, 14-ü vəzifədə 22-si əsgər və 1-i keçmiş hərbi tələbə olmaqla, 24 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Şübhəlilərin tutulması üçün Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən əməliyyatların davam etdiyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
turkic.world

1Mənbələr