AZ

Kiyev ilə bağlı qərarlar olmasa, NATO sammiti faydasız sayılacaq - “Reuters“

İyulun 9-11-nə planlaşdırılan NATO sammiti Ukrayna ilə bağlı konkret qərarlar qəbul olunmayacağı təqdirdə faydasız olacaq.

News365.azxəbər verir ki, bu barədə “Reuters” yazıb. Nəşr Ukrayna prezident aparatını rəhbərinin müavini İqor Jovkova istinad edib.

Onun fikrincə, qarşıdan gələn mühüm tədbirdə artıq “ciddi qərar” verilməlidir. Bununla da o, Ukraynanın alyansa daxil olmasına eyham vurub.

İyunun 18-də NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, gələn ay Vaşinqtonda keçiriləcək sammitdə iştirakçılar ABŞ-nin yükünü azaltmaq üçün Ukraynaya maliyyə və hərbi yardımı artırmaq barədə razılığa gələcəklər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
news365.az

1Mənbələr