AZ

İctimai şuranın üzvləri şəhid Fərid Hüseynovun ailəsi ilə görüşdü

17 iyun 2024-cü il tarixdə Sabirabad rayonunun Məmişlər kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Fərid Hüseynovun doğum günü qeyd olunub.

Mərasimdə Sabirabad rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, rayon İcra Hakimiyyəti, kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və gənclər təşkilatlarının nümayəndələri şəhid Fərid Hüseynovun doğum gününə həsr edimiş tədbirdə iştirak etmişdir.

Şəhidin xatirəsinə ucaldılmış bulağın qarşısında məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub. Tədbirdə şəhid Fərid Hüseynovun əziz xatirəsi yad edilib, həyat və döyüş yolu barədə söhbət açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
ictimaishura.az

1Mənbələr