AZ

Dağıstanda terror qurbanlarının sayı artdı: 26 ölü, 51 yaralı

Mahaçqala və Dərbənddə törədilən terror aktları nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 51 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın 112 Teleqram kanalı məlumat yayıb.

Bundan əvvəl "RİA Novosti" Dağıstanda ikiqat terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının sayının 16-ya çatdığını açıqlayıb.

24 yaşlı yol polisi alayının inspektoru, serjant Həbib Əliyev aldığı yaralardan dünyasını dəyişib.

Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Qayana Qariyevanın sözlərinə görə, terror aktı zamanı yerli sakinlərdən biri Əliyevə evinin qapısını açıb və orada gizlənməyi təklif edib. Lakin polis “dinc vətəndaşın silahlıların qəzəbinə tuş gələcəyindən qorxaraq” təklifi qəbul etməyib.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
38
bakupost.az

10Mənbələr