AZ

Fransız futbolçu üç böyük türk nəhənginin hədəfində

Türkiyənin \"Beşiktaş\", \"Fənərbağça\" və \"Qalatasaray\" klubları \"Sassuolo\"nun fransız futbolçusu Arman Loryente transfer etmək istəyirlər.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu klublardan savayı, futbolçunu daha bir klub istəyir.
 
Belə ki, \"Torino\" da fransız futbolçunu istəyir. Amma Loryentenin menecerinin açıqlamasına görə, futbolçu Türkiyədə oynamaq istəyir.

Hazırda 25 yaşlı sol cinah futbolçusunun bazar dəyəri 10 milyon avroya bərabərdir.
 
Qeyd edək ki, fransız topçu bu mövsüm meydana çıxdığı 40 matçda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
azxeber.com

1Mənbələr