AZ

''Yunayted''in əfsanəsi Arda Gülərin transferini məsləhət gördü

''Mançester Yunayted''in əfsanələrindən olan Duayt York Türkiyə yığması və ''Real''ın gənc ulduzu Arda Gülər haqda diqqətçəkən açıqlamalar verib.

Mançester nəhənginin heyətində 4 il (1998-02) çıxış edən və bu müddətdə 6 titul qazanan 52 yaşlı York bunları deyib:

''Son dönəmlərdə Ardanın adı gündəmdədi. Hər kəs onun istedadından danışır. AÇ-də Türkiyə üçün vurduğu mükəmməl qol ilə xüsusi özəlliklərə malik olduğunu göstərdi. Artıq bütün Avropa onu tanıyır və hər kəs Ardanı ''Real''dan qoparmağa çalışacaq. ''Yunayted'' onu transfer etməyə cəhd göstərməlidi. De Bruyne və Salahı xatırlayın. Onlar da ''Çelsi'' kimi böyük klubda oynayırdılar. Amma ordan ayrıldıqdan sonra karyeraları yüksəlməyə başladı. Arda da ''Real''dan ayrılıb ''Yunayted''ə gəlsə, eynilə bu cür şəkildə karyerasında yeni yüksəlişə nail olmayacağını heç kim söyləyə bilməz. Arda inkişaf etmək üçün daimi oyun praktikasına malik olmalıdı. Həm həftəiçi, həm də həftəsonu oyunlara çıxmalıdı. Transferdə hər kəs təcrübəli və sürətli oyunçu axtarır. Amma dünya səviyyəli ulduza çevrilmək iqtidarında olan Ardanı unutmamalıyıq. Məncə, ''Yunayted'' dərhal onunla müqavilə imzalamalıdı''.

ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
football-plus.az

1Mənbələr