Vladimir Putin bildirib ki, Rusiyanın irəli sürdüyü sülh planı əslində Ukraynada münaqişənin dayandırılması və siyasi-diplomatik həll yoluna keçmək imkanlarını nəzərdə tutur.
Dövlət başçısı onu da bildirdi ki, bir çox Qərb siyasətçiləri Moskvanın təklif etdiyi təşəbbüsün mahiyyətinə varmaq istəmirlər. İyunun 14-də Vladimir Putin bir sıra şərtləri qeyd edərək Kiyev rejimi ilə danışıqlara hazır olduğunu bəyan edib.
Onların arasında Ukraynanın NATO-ya qoşulmaq planlarından imtina etməsi və Silahlı Qüvvələrin Rusiyanın yeni bölgələrinin ərazilərindən çıxarılması var: LPR, DXR, Xerson, Zaporojye vilayətləri.
DOĞRU.AZ