AZ

Hacı Salmanın bu görüntüləri GÜNDƏM OLDU: Görün nələr danışır - VİDEO

Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinərək saxlanılan hacı Salman Kamiloğlu ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Anons.az xəbər verir ki, Hacı Salmanın mükafatlandırma mərasimindən olan çıxışı sözün əsl mənasında yanan alovu bir daha alovlandırıb.

Belə ki, Hacı Salam təqdimat mərasimində qonaq olan millət vəkillərindən ərkyana xahiş edib. Xahişin əsas qayəsi isə əxlaq dərsləri ilə bağlı olub. O millət vəkillərindən orta məktəblərdə dini və əxlaq dərslərinin tədrisə salınması, keçirilməsi ilə bağlı Milli Məclisdə məsələnin qaldırılmasını istəyib:

"Bağışlayan Allahın adı ilə hər kəsi salamlayıram. Dəyərli millət vəkillərimizi salamlayıram və ərkyana olaraq rəsmi münasibətdən əlavə dostluq və qardaşlıq münasibətimiz var deyə onlardan Milli Məclisdə bir şeyi işıqlandırmağı xahiş edirəm. Bildiyiniz kimi, ölkədə Əhməd kimi cinayətkarların cinayət törətməsi, məktəbli qız uşağının sinif yoldaşının saçını kəsməsi və s. üzücü məsələlərdir. O baxımdan istəyirəm Milli Məclisdə orta məktəblərimizdə ibtidai də olsa, dini, əxlaq dərslərinin keçirilməsini işıqlandırılsın. Uşaqlar maariflənsinlər, nəyin halal, nəyin haram olduğunu bilsinlər. İlahiyyat universitetini bitirənlər hamısı məsciddə işləmir ki? Onlar üçün də vakansiya yaranar ki, gedib orta məktəblərdə dərs desinlər. Düzdür, Azərbaycan dini dövlət deyil, tolerant dövlətdir. Amma, bizim bayrağımızda olan yaşıl rəng islam dininə aid olduğumuzu bildirir. Bizim kökümüz İslam dinindən gəlir. Ona görə hörmətli millət vəkilləri, bu xahişimi Milli Məclisdə səsləndirəsiniz".

Qeyd edək ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
anons.az

3Mənbələr