AZ

Qürur mənbəyimiz

“Azərbaycan ordusu bizim qürur mənbəyimizdir. Ordu quruculuğu sahəsində atılan addımlar bu gün dünyanın ən güclü orduları sırasına qatılmamıza imkan yaradıb. Ulu Öndərin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir” kəlamı bizim hər birimiz üçün əsas devizdir”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin hələ sovetlər dönəmində Azərbaycanda ordu quruculuğuna diqqət yetirməsi, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olması, Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına səbəb olmuşdur: “Bu baxımdan deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu günki ordumuz Ulu Öndərin bünövrəsini qoyduğu özüllərin üzərində inkişaf edib. Prezident İlham Əliyevin də həyata keçirdiyi siyasətin mərkəzində ordu quruculuğu durur. Ordu quruculuğu müstəqillik illərində də davam edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Biz bütün bunları 44 günlük Vətən müharibəsi və sonrakı dövrlərdə gördük. Ordumuzun peşəkarlığından bu gün bütün dünya söz açır. Hərb kitablarına düşən taktiki və texniki gücümüzlə dünyanı heyrətə salmışıq. Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb. Bu statistika bizə onu deməyə imkan yaradır ki, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər düzgün və uğurlu şəkildə davam edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
sesqazeti.az

1Mənbələr