AZ

“Kurban Berdıyev səhra komandiri olaraq qalır”

Kurban Berdıyevin “Turan Tovuz”un baş məşqçi postuna gətirilməsi Rusiyada geniş müzakirə mövzusuna çevrilib. Daha bir mütəxəssis 71 yaşlı çalışdırıcının təyinatını dəyərləndirib. Kurban Berdıyevin “Turan Tovuz”un baş məşqçi postuna gətirilməsi Rusiyada geniş müzakirə mövzusuna çevrilib. Matc.az xəbər verir ki, daha bir mütəxəssis 71 yaşlı çalışdırıcının təyinatını dəyərləndirib. Belə ki, “Rubin”in sabiq məşqçisi Rinat Bilyaletdinov həmkarının Tovuz təmsilçisinə uğur qazandıracağına inanır: “Düzdü, Azərbaycanda Berdıyevə çətin ola bilər. Ona yalnız uğurlar arzulayıram. Özünü formada saxlayan məşqçidi. Berdıyev ürəyində işləmə arzusu olan səhra komandiri olaraq qalır. Bu baxımdan Yuri Syomin, Boris İqnatyev və Hacı Hacıyevə bənzəyir. Onların iş zamanı yaşlarını hiss etmirsiniz. Qeyd edək ki, Kurban Berdıyev “Turan Tovuz”la 2+1 illik müqavilə bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
matc.az

1Mənbələr