AZ

Lerikdə evdən musiqi alətləri oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Lerikdə evdən oğurluq etməkdə təqsirləndirilən Elariz Məmiyev və İsmayıl İsmayılzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilib.

Hakim Yusif Zeynalovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 3-də keçiriləcək.

Qeyd edək ki, rayon ərazisindəki evlərdən birindən gecə saatlarında naməlum şəxslərin gitara, saz və məişət əşyaları oğurlaması barədə polis məlumat daxil olub. Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Elariz Məmiyev və İsmayıl İsmayılzadə saxlanılıblar. Onların sözügedən ünvana içərisində xeyli məbləğdə pul olan seyf və ya kassa olduğunu güman etdikləri üçün daxil olduqları məlum olub. Pul və zinət əşyası tapa bilmədikdə isə musiqi alətləri və məişət əşyası oğurlayıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
e-huquq.az

1Mənbələr