AZ

BMT tədbir keçirdi, “ASAN xidmət”lə razılığa gəlindi

BAYRAQDAR MEDİA – 24-26 iyunda Koreyada Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumu keçirilir.Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən verilib.Tədbirdə Azərbaycanı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.Forumda dünyanın müxtəlif ölkələrinin aparıcı nazirliklərinin və təşkilatlarının rəhbərləri, beynəlxalq ekspertlər, media və işgüzar dairələrin nümayəndələrinin mindən çox nümayəndəsi iştirak edir.Sözügedən tədbirin təşkil olunmasında məqsəd “səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin təşkilidir”.Xəbərdə deyilir ki, “forumun ilk günündə Dövlət Agentliyinin sədri ilə BMT-nin sabiq Baş katibi Ban Ki-mun, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua, Koreya daxili işlər və təhlükəsizlik nazirinin müavini Li Yong Suk, Kamboca Baş nazirinin müavini Hun Mani, Zimbabve Dövlət Xidmətləri Komissiyasının sədri Vinsent Hungve arasında ikitərəfli görüşlər keçirilib”.Koreya tərəfi ilə Azərbaycan nümayəndə heyətinin görüşü zamanı iki qurum arasında 2016-cı ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində görülmüş işlərdən məmnunluq ifadə olunub və gələcək fəaliyyət istiqamətləri ilə əlaqədar müzakirələr aparılıb.Kamboca Baş nazirinin müavini və Zimbabvenin müvafiq qurumunun rəhbəri ilə keçirilmiş görüşlər çərçivəsində Dövlət Agentliyinin sədri tərəfindən Azərbaycan Prezidentinin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət”, burada tətbiq olunan innovasiyalar və əldə olunmuş nailiyyətlər barədə geniş təqdimat edilib. Sözügedən ölkələrlə “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair razılığa gəlinib.Məlumata görə, Forum çərçivəsində “ASAN xidmət”in, Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının, BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin (UNDRR), Koreyanın İnçeon Şəhər Meriyasının və Qazaxıstan Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin təşkilatçılığı ilə “Dövlət Xidmətlərinin Transformasiyası üçün İnnovasiya, Gender və İqlim Elementlərinin Yayılması” adlı sessiya təşkil ediləcək.Qeyd edək ki, BMT Dövlət Xidmətləri Forumu 2003-cü ildən etibarən keçirilir və bu mötəbər Foruma 2019-cu ildə “ASAN xidmət”in və BMT-nin birgə təşkilatçılığı ilə Azərbaycan ev sahibliyi edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
6
bayraqdar.info

7Mənbələr