AZ

"Avropa İttifaqı Rusiya bazasının İrəvandan çıxarılmasına çalışır" - keçmiş hökumət başçısı

Ermənistan Respublika Partiyasından olan deputat Xostov Arutyunyan parlamentin iclasında Avropa İttifaqına referendumun yalnız Rusiya Federasiyasının Ermənistandakı hərbi bazanı çıxarmaq üçün lazım olduğunu söyləyib. Onun sözlərinə görə, Aİ ərazisində Rusiya bazasının olduğu hansısa bir ölkəni öz tərkibində görmək istəmir.

Bu barədə "Sputnik Ermənistan" agentliyi məlumat verib.

"Avropa İttifaqı - Avrasiya İqtisadi İttifaqı: siyasi, yoxsa iqtisadi seçim?" mövzusunda müzakirələrdə çıxış edən keçmiş Baş nazir Xostov Arutyunyan  deyib: "Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendumun keçirilməsi Brüsselə yalnız Rusiya hərbi bazasını ölkədən çıxarmaq məsələsini qaldırmaq üçündür. Bəllidir ki, Avropa İttifaqına daxil olmaq üçün namizəd ölkələrdən illərlər yetərincə sərt şərtləri yerinə yetirmək tələb olunur. Ermənistan rəhbərliyi belə bir referendum keçirməyi qərara alsa, Bresselin qarşıya qoyduğu növbəti məsələ Ermənistandakı Rusiya hərbi bazası olacaq. Aydındır ki, Aİ ərazisində Rusiya ordusu yerləşdirilmiş ölkəni öz tərkibində  görmək istəmir. Referendumun müzakirəyə çıxarılmasının real səbəbini burada axtarmaq lazımdır. Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı sırf iqtisadi mənfəəti isə göz önündədir".

Arutyunyanın fikrincə, 3 milyonluq Ermənistan həmişə 140 milyonluq, üstəlik çoxdan ona tanış olan bazarda həmişə özünə yer tapa bilər. O deyib: "Avropa İttifaqı ilə inteqrasiya yox, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində danışıqlar aparılmalıdır".

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
hurriyyet.az

2Mənbələr