Fələstinin HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin müavini Musa Əbu Mərzuk bildirib ki, Rusiya Qəzza zolağında atəşkəsin təminatçısı olmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə RİA Novosti-yə bildirib.
“Biz hələ də Rusiyanın belə bir atəşkəs razılaşmasının təminatçısı olmasında israr edirik, çünki ABŞ-ın İsrailin tərəfində olduğu və onların mövqeyinin sadəlövh olmadığı açıq-aydın görünür. Rusiyanın mövqeyi daha ədalətlidir, bütün tərəflər üçün daha məqbuldur və bu istiqamətdə irəliləməyə hazırdır. Biz ABŞ-ın hegemonluğuna və onun Fələstin məsələsində birtərəfli təsirinə son qoymaq istəyirik”, - deyə Mərzuk vurğulayıb.