AZ

Ruslar Qazaxıstanda bu ali məktəbin filialını açmaq istəyir

Qazaxıstanda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) filialı açılacaq.

KONKRET.az xəbər verir ki, bu ehtimalı Elm Nazirliyinin rəhbəri Sayasat Nurbek və universitet rektorluğunun rəhbəri Artem Malqin müzakirə ediblər.

Malqinin sözlərinə görə, institut Qazaxıstan universitetləri ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

“O, Biznes İnformatikası, İki Xarici Dil, Turizm və Qonaqpərvərlik Sənayesi, Yaradıcı Sənayelərin İdarə Edilməsi və başqaları kimi bir neçə proqram təklif edib”, – Elm Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edək ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bakı filialı fəaliyyət göstərir.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
konkret.az

1Mənbələr