AZ

Yaşa görə müavinət alanlar artır, pensiyaçılar isə azalır – RƏQƏMLƏR

2024-cü ilin may ayına olan məlumata əsasən, Azərbaycanda yaşa görə aylıq müavinət alanların sayı 151 min nəfəri ötüb.

 

Sfera.az xatırladır ki, yaşa görə ay ərzində 220 manat müavinət ödənilir. Azərbaycanda 2016-cı ildən, yəni son 9 ildə yaşa görə müavinət alanların sayında kəskin artım müşahidə edilir.

 

2015-ci ildə 13,8 min nəfər yaşa görə müavinət alırdı. Bir il sonra bu müavinəti alanların sayı 17,1 min nəfərə, 2018-cu ildə 53,3 min nəfərə, 2020-ci ildə 100,3 min nəfərə, 2023-cü ilin sonunda 144 minə çatıb.

 

2024-cü ilin cəmi 5 ayında isə müavinət alanların sayı daha 7 min nəfər artıb. Bu dinamika ilə ilin sonunda yaşa görə müavinət alanların sayı 160 mini ötəcək.

 

Bəs yaşa görə müavinət alanların sayı niyə sürətlə artır?

 

Bunun əsas səbəbi pensiya sistemində aparılan islahatlarla bağlıdır. Pensiya sistemində tətbiq olunan yeni mexanizmə əsasən, pensiya ala bilmək üçün ya staj olmalıdır, ya da tələb edilən qədər pensiya kapitalı toplanmalıdır. Mövcud qaydalara əsasən, minimum staj 25 ildir, minimum pensiya kapitalı tələbi isə 40 320 manatdır. Bu iki tələbdən birini ödəyən şəxs pensiya yaşına çatdıqda pensiya ala bilir. Əks təqdirdə ona yaşa görə müavinət təyin olunur.

 

Yeni mexanizmin tətbiqindən sonra yaşa görə müavinət alanların sayı artmaqla bərabər yaşa görə pensiyaya çıxanların sayı da azalır. 2015-ci ildə 781,2 min nəfər yaşa görə pensiya alırdısa, 2024-cü ilin əvvəlində bu rəqəm 708 min nəfərə düşüb.

 

Göründüyü kimi, yeni mexanizm yaşa görə müavinət alanların sayını artırır, əvəzində yaşa görə pensiya alanların sayını azaldır.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
sfera.az

1Mənbələr