AZ

"Təhlükəsizlik məsələləri gücləndirilməlidir" - Siyavuş Novruzov

"Ölkələrin təhlükəsizlik məsələsi əsasdır. Biz dini, etnik şəkildə qonşu ölkələrdə daxili çaxnaşmaların şahidi oluruq. Bu, böyük ölkələrin oyunudur. Daxildən parçalamaq və zəiflətmək niyyəti daşıyır. Ona görə də təhlükəsizlik məsələləri gücləndirilməlidir”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında deputat Siyavuş Novruzov bildirib.“Belə təhdidlər açıq şəkildə göstərilir. Büdcədən təhlükəsizlik səbəbi ilə ayırdığımız vəsaitlər də tam cəlb olunmalıdır. İndi taktikaları da dəyişmək lazımdır, yeni təlimlər keçirilməli, avadanlıqlar alınmalıdır”.
S.Novruzov növbədənkənar seçkilərə də toxunub: "Parlament seçkiləri ilə bağlı bildirim ki, müxalifət sevinməlidir ki, erkən keçirilir. Amma biz əksini görürük, bildirim ki, hər şey demokratik şəkildə davam edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
sesqazeti.az

10Mənbələr