AZ

Quru sərhədlər bu səbəbdən açılmır – Fərqli baxışlar

Nazirlər Kabinetinin verdiyi qərarla ölkə ərazisində xüsusi karantin rejimi 1 oktyabr tarixinə qədər uzadılıb. Bu qərar haqlı narazılığa səbəb olub. Ekspertlər, politoloqlar, hətta həkimlər belə karantin rejiminin guya yayılmaqda olan xəstəliyə görə uzadılmasını, quru sərhədlərinin bağlı qalmasını doğru hesab etmirlər.

Tribunainfo.az yazır ki, iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, karintin rejimi virusa görə uzadılırsa, bəs niyə ölkədə COP29 konfransı keçirib 80-100 min qonaq çağırırıq? Ekspert hesab edir ki, quru sərhədlərin bağlı qalması üçün heç bir səbəb yoxdur:
“Ölkədə virus varsa, niyə COP29 ölkədə keçirilir? Gələn qonaqlar yazıq deyillər, virusa yoluxarlar! Biz onları, onlar da bütün dünyanı vurusa bulaşdırarlar.
Yox əgər təhlükəsizliyə görədirsə, yenə də niyə COP29 keçiririk, təhlükəli deyil bu?! Bu qədər adam gəlsə, təhlükəsizliyə necə zamənət verəcəyik?! 100 min qonağa, “baxın ha, təhlükəsizliyə görə sərhəddimiz bağlıdır”, deyib, nə üzlə çağıracağıq?!
Təhlükəsizlik məsələsidirsə, məsələn, Azərbaycan vətəndaşının xaricə piyada keçməsinin təhlükəsizliyə necə təhdid yaradır?! Bunu da keçdim, tutalım, təyyarə ilə Tiflisə getmişəm, 5-6 gün sonra evimə dönmək, vətənə qayıtmaq istəyirəm, piyada sərhəddi keçsəm bu ölkə təhlükəsizliyinə necə təhdid olar?!
Nəhayət, ölkə vətəndaşlarının eyni hüququ varsa, Konstitusiyada hamıya eyni haqlar tanınıbsa, necə olur ki, Naxçıvan qeydiyyatı olanlar quru sərhəddi keçə bilər, amma məmləkətin başqa şəhər/rayon qeydiyyatı olanlar yox?! Bunun izahı nədir?!”.


İqtisadçı Samir Əliyev də qərar etiraz edənlərdəndir. Onun fikrincə, quru sərhədlərin bağlı qalmasına bir səbəb tapmaq olmur:
“Sağı və solu düşmən hesab etdiyi ölkələr olan Ermənistanda, şimalda düşmən ölkə ilə qonşu olan Gürcüstanda quru sərhəd yolları açıqdır. Amma 4 tərəfi dost hesab etdiyi ölkələrlə əhatə olunan Azərbaycanda quru sərhəd yolları bağlıdır. Özünü regionun iqtisadi, hərbi, siyasi, ərazi, əhali, pul, təbii sərvət baxımdan ən güclü hesab edən Azərbaycan sərhədləri açmağa niyə qorxur, çox maraqlıdır”.

Həkim Vaqif Qarayev isə bildirib ki, bu qərarla əhalini virusun yayıldığı günlərə geri qaytarırlar:

“Ölkənin təhlükəsizliyini təmin etmək üçün sərhədlər açılmır deyirdilər. Amma dünənki qərarda yenidən qanlı-qadalı covid günlərinə qaytardılar bizi. Səbəb koronavirus hesab edilir. Pandemiya rəsmi olaraq bitib. Üstəlik ölkədə noyabrda ciddi beynəlxalq tədbir keçiriləcək. Karantin şəraitində belə tədbir olur?
Heç olmasa Gürcüstanla sərhədi açmaq lazımdır. Məsələn, 3-cü ölkə vətəndaşları istisna olmaqla hər iki ölkənin vətəndaşlarına qapıları açmaq olar! Mütləq açılmalıdır”.

Nigar

Seçilən
73
tribunainfo.az

1Mənbələr