AZ

“Barselona”nın hücumçusu “Çelsi”də

“Barselona”nın hücumçusu Mark Quiou “Çelsi”nin təklifini qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu “Barselona”ya 6 milyon avro ödəyəcək. Bu məbləğ 18 yaşlı forvardın müqaviləsində təzminat kimi göstərilib.

Kataloniyalılar hücumçuya yeni müqavilə təklif etsələr də, futbolçu klubun şərtlərini qəbul etməyib. “Çelsi”nin təklifi ondan üç dəfə çox olub.

Keçən mövsüm Quiyu “Barselona”nın heyətində 7 oyun keçirib və bir qol vurub. O, həmçinin gənclər yığmasında 19 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
idmanxeber.az

1Mənbələr