AZ

Britni Spirsin oğulları ilə barışdı?

Müğənni Britni Spirs oğulları ilə münasibətlərini yaxşılaşdırıb.

News24.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Britney Spirsə yaxın mənbə 18 yaşlı Şon Preston və 17 yaşlı Ceydenlə barışdığını bildirib. Estrada müğənnisi bir neçə aydır ki, varislərlə ünsiyyətdədir. Müğənni övladlarını ziyarət etmək üçün Havay adalarına gizli səyahət edib və eyni zamanda Kaliforniyada onlarla görüşüb.

“Oğlanlar analarını çox sevirlər, o da onları sevir. Hər şey normala qayıdır, onlar birlikdə gələcək haqqında düşünürlər”, - mənbə bildirib.

Başqa bir mənbə qeyd edib ki, qardaşı Brayan Britni Spirsin oğulları ilə münasibət qurmağa kömək edib. 

Qeyd edək ki, Britni Spirs 2004-2007-ci illərdə xoreoqraf Kevin Federlayn ilə evli olub. Rəqqasə 2008-ci ildən atası Ceymi Spirs müğənninin psixi vəziyyətinə görə onu himayəsinə götürdükdən sonra oğullarını böyüdür. Uşaqlar sənətçinin sosial şəbəkələrdə yerləşdirdiyi səmimi fotoları bəyənmədikləri üçün onunla ünsiyyət qurmaq istəməyiblər.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
news24.az

1Mənbələr