AZ

Viktor Orbanın korteji Almaniyada qəzaya düşdü: ölən yaralananlar var

Macarıstanın baş naziri Viktor Orbanın Almaniyaya səfəri zamanı onu müşayiət edən korteji Ştutqart hava limanına gedərkən qəzaya düşüb.

Editor.az bildirir ki, bu barədə “Bild” məlumat yayıb. Qeyd olunur ki, 69 yaşlı qadının idarə etdiyi BMW markalı avtomobil Orbanın avtomobilini müşayiət edən 61 yaşlı polisin motosikletinə çırpılıb. BMW-nin zərbəsinin gücü polisi digər müşayiətçinin motosikletinə atıb.

Nəticədə hər ikisi ağır yaralanıb. 61 yaşlı polis xəstəxanaya aparıldıqdan qısa müddət sonra dünyasını dəyişib. “Bild”in qeyd etdiyi kimi, Orban iyunun 23-də axşam Ştutqartdakı stadionda Avro-2024-də Macarıstanın Şotlandiya ilə oyununa baxıb. Qəza hava limanından təxminən 8 km aralıda baş verib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
editor.az

1Mənbələr