AZ

Keniya cinayətkarlarla mübarizə üçün Haitiyə 400 sülhməramlı göndərir

Keniya

Bakı, 25 iyun, AZƏRTAC

Keniya BMT-nin silahlı quldur dəstələri ilə mübarizə missiyası çərçivəsində Haitiyə 400 polis əməkdaşı göndərir.

AZƏRTAC xəbər verir ki, Keniyanın daxili işlər naziri Kiture Kindiki bu barədə özünün sosial media hesabında yazıb.

Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moisenin öldürülməsindən və dağıdıcı zəlzələdən sonra pisləşib. Keniya 2023-cü ilin iyul ayında Haitinin yardım çağırışına cavab olaraq təhlükəsizlik böhranı ilə mübarizə üçün bu ölkəyə polis qüvvələri göndərməyi təklif edib. 2024-cü il martın1-də cinayətkar qruplaşmalarla mübarizə aparmaq üçün Haitiyə 1000 polis əməkdaşından ibarət Keniya sülhməramlı qüvvələrinin göndərilməsi haqqında saziş imzalanıb. Hazırda Haitidə vəziyyət son dərəcə ağırdır. Cinayətkar qruplaşmaların paytaxtın 90 faizinə nəzarət etdiyi bildirilir.

Qeyd edək ki, iyunun 24-də ABŞ Prezidenti Cozef Bayden Keniyaya Birləşmiş Ştatların Şimali Atlantika Alyansı xaricində əsas müttəfiqi stat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
azertag.az

2Mənbələr