AZ

Vladimir Putin Aleksandr Vuçiçdən inciyib: Ukraynaya silah ötürdüyünə görə

Serbiyadan Ukraynaya sursat tədarükü ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra Rusiya prezidenti Vladimir Putin və Serbiya prezidenti Aleksandr Vuçiç arasında təmaslar planlaşdırılmayıb.

Editor.az bildirir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov məlumat verib. Uşakov “Primakov oxunuşları” çərçivəsində jurnalistlərə deyib ki, “Mən bildiyimə görə, belə təmaslar hələ planlaşdırılmayıb”. “Financial Times” qəzeti sənədlərə istinadən yazıb ki, Ukrayna Qərb ölkələrinin vasitəçiliyi ilə Serbiyadan 800 milyon avro dəyərində sursat alıb.

Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, Serbiya ABŞ və Avropaya sursat verir və onların sonrakı taleyini düşünmək onun işi deyil.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
editor.az

1Mənbələr