AZ

Ermənistan ordusunun əsgəri ÖLDÜ

Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri ölüb.

Ulusal.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, N saylı hərbi hissədə xidmət edən çağırışçı David Nersisyan saat 09:40 radələrində qəfil özünü pis hiss edib və huşunu itirib. Əsgər təcili xəstəxanaya yerləşdirilib, lakin saat 10:00-da dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
moderator.az

1Mənbələr