AZ

Sahibkarlara çətinlik yaradan ƏDV limiti

Amin Fətəliyev
Vergi məsləhətçisi

Bildiyiniz kimi vergi sahəsində Əlavə Dəyər Vergisi (ƏDV) qeydiyyatı xüsusi yer tutur. 

Sahibkarların (istər fərdi, istər şirkət olaraq) həssas yanaşdıqları məsələlərdən biri də ƏDV qeydiyyatına durmaq barədə şərtlərin formalaşmasıdır.

Əsas şərt hamıya məlum olduğu kimi 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların 200 min manatı keçməsidir. Yəni sahibkarlıq subyektinin (şirkətin) ƏDV cəlb olunacaq əməliyyatları ardıcıl 12 ayda, yaxud 1 müqavilə üzrə əməliyyatın dəyəri 200 manatı keçsə, şirkət ƏDV ödəyicisi olmalıdır.

Bu limit, yəni 200 min manat limiti 2015-ci ildən qüvvədədir. Daha öncə 120 min manat olan bu limit 2015-ci ildə 200 min manata qaldırılmışdı. Keçdiyimiz bu 9 il ərzində ölkədə minimum əmək haqqı ilə yanaşı, bütün sahələrdə qiymət artımları baş verib. Hər bir qiymət artımı sahibkarlıq subyektinə və vergi sahəsinə birbaşa təsir edir. Şirkət bir məhsulu 10 manata satıb 2 manat vergi verirdisə, qiymət artımı nəticəsində 15 manata satır, 3 manat vergi ödəyir.

Mənfəəti artdıqca vergi öhdəliyi də artır, bu normaldır. Lakin burda diqqət ediləsi məqam ƏDV qeydiyyatıdır. 5 il əvvəl sahibkar ƏDV qeydiyyatı üçün əsas götürülən 200 min manat limitini rahatlıqla keçmirdisə, hazırda 12 aya çatmadan 200 min manatı keçir. Bu limiti keçdiyinə görə ƏDV ödəyicisi olmaq məcburiyyətində qalır. Bu da sahibkarlığın inkişafına çətinlik törədən amilə çevrilir. Vergi Məcəlləsinin 3.10 maddəsində bildirildiyi kimi vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.

Qanunvericilikdə nəzərdə tutulan vergi güzəştlərinin, azadolmaların sahibkarlığın inkişafına şərait yaratdığı kimi, ƏDV qeydiyyatında da limitə dəyişiklik, yaxud bu barədə hər hansı tədbirin görülməsi sahibkarlıq mühiti üçün yaxşı şərait yaratmış olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
valyuta.az

1Mənbələr