AZ

Kremldən Trampın sülh planına REAKSİYA: "Cəbhədəki vəziyyət..."

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-nin keçmiş prezidenti Donald Trampın sülh planına reaksiya verib.

 

Sfera.az bildirir ki, o, Trampın seçkilərdə qalib gələcəyi təqdirdə, Kiyevi ABŞ silahlarından məhrum etmək təklifi ilə bağlı sualı cavablandırıb. 

 

“Trampın məsləhətçilərinin Kiyevi sülh danışıqlarına cəlb etmək planında cəbhədəki vəziyyət nəzərə almalıdır”, - Peskov bildirib.

 

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli planını nəzərdən keçirir. “Donald Trampın iki əsas müşaviri ona prezident seçkilərində qalib gələrsə, Rusiyanın Ukraynadakı münaqişəsinə son qoymaq planını təqdim edib. Bu plan Ukraynaya yalnız sülh danışıqlarına girəcəyi təqdirdə daha çox Amerika silahı alacağını söyləməkdən ibarətdir”, - Qərb mediası bildirib.


Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
sfera.az

3Mənbələr