AZ

Zəngilanda keçirilən “Azərbaycan QHT-nin Əməkdaşlıq Forumu” işini tamamlayıb

Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işini tamamlayıb.​

APA-nın Qarabağ bürosu xəbər verir ki, 200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak etdiyi forumun ikinci günündə​ ​ “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçirilib. Moderatoru​ "Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev,​ spikerləri ETSN yanında İctimai Şuranın sədri.

EPF Koalisiyasının həmtəsisçisiAmin Məmmədov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov​ olan panel müzakirədə​ Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları haqqında ətraflı məlumatlar verilib. Forum iştirakçılarına Ermənistan respublikasının mineral xammal resursları dağ mədən sənayesi xəritəsinin təqdimatı olub. Bildirilib ki,​ 3 dildə hazırlanan​ Xəritədə Ermənistandan Azərbaycan axan çayların​ çirkləndirilməsi faktları öz əksini tapıb. Xəritədə istismar olunan və istismarı dayandırılan faydalı qazıntı mənbələri barədə məlumatlar yer alıb və ekologiyanın çirklənməsinə səbəb olan zavodların yerləri öz əksini tapıb. Xərtiyə əsasən məlum olur ki,​ zavodlar Zəngəzur ərazisində yerləşir ki, 4 çirkləndirici zavod isə Azərbaycan sərhədlərinə daha yaxın ərazidədir və​ ​ həmin zavodlardan çıxan tullatılar Araz çayının qollarına axıdılır. Bundan başqa Ermənistanın Naxçıvanla sərhəddə olan zavodlarının hava qatına və su mənbələrinə həmçinin bitki örtüyünə vurduğu fəsadlar haqda danışılıb və bildirilib ki, təkcə Sədərək rayonunərazisində yaşayan 23 min əhali üçün sadalanan faktlar ciddi təhlükə sayılır. Daha sonra forum iştirakçılarının sualları cavablandırılıb. “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” adlı panel müzakirədə isə
​ Moderator Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənovun, spikerlər COP29 TK-nin üzvü, "Smart Nation" platformasının təsisçisi Şəbnəm Məmmədova, COP29 TK-nin üzvü, "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova, COP29 TK-nin üzvü, "EkoSfera Sosial Ekoloji Mərkəzin sədri Firuzə Sultanzadə, COP-lar üzrə ekspert İsa Əliyevin çıxışları dinlənilib. İqlim dəyişməsinə təsir edən amillər, ekoloji fəsadların aradan qaldırılması üçün görülən tədbirlərdən söhbət açılıb. Bildirilib ki, Azərbaycanın COP29 kimi möhtəşəm bir tədbirə ev sahibliyi edir ki, bu təqdirə laiq bir amildir.

Panel müzakirədə Qarabağ və Şərqi Zəngəzurda görülən işlərdən söhbət açılıb və qeyd edilib ki, işğaldan azad olunan ərazidə yaşıl enerji prioritet məsələ olaraq yer alır. Həmçinin yaşayış məntəqələrində yeni nəsil texnologiyalardan istifadə olunmasından danışılıb.

Panel müzakirələr bitdikdən sonra “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti” oxunub.​

Tədbirin sonunda bədii hissə təqdim olunub. Milli geyimdə rəqs nümunələri izlənilib və əməkdar artistlərin ifalarında vətənpərvər ruhlu mahnılar səsləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
15
apa.az

10Mənbələr