AZ

"Zenit" "Beşiktaş"ın legionerini transfer edəcək

"Beşiktaş"ın yarımmüdafiəçisi Jedson Fernandeş Rusiyaya köçməyə hazırlaşır.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, "Zenit" portuqaliyalı futbolçunun keçidi üçün qarşı tərəflə danışıqlara start verib.

Rusiya çempionu Jedsona görə "Beşiktaş"a 18 milyon avro ödəməyə hazırdır.

Bununla bağlı isə İstanbul klubunun rəsmiləri ilə ilkin görüş baş tutub.

Transfer reallaşsa, Jedson "Zenit"lə 4 illik müqavilə imzalayacaq.

Fernandeş 2022-ci ildən "Beşiktaş"da oynayır və 81 matçda 6 qol vurub, 13 asist edib. 

Jedson karyerası ərzində "Benfika", "Tottenhem", "Qalatasaray", "Rizespor" komandalarında da oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
sportal.az

1Mənbələr