AZ

"Mən əbədi olaraq futbol oynamaq istəyirəm" -Luka Modriç

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Madrid Xtra" belə çatdırıb:

"İndi karyeramı bitirmək barədə danışmağın vaxtı deyil. Mən əbədi olaraq futbol oynamaq istəyirəm, amma bilirik ki, bu, mümkün deyil. Vaxtı gələndə mən də gedəcəm. Ancaq hazırda bunun nə vaxt baş verəcəyini bilmirəm".

Xatırladaq ki, Modriç 2012-ci ildən "Real Madrid"in formasını geyinir. 

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
fanat.az

1Mənbələr