AZ

Azərbaycanda yumurta bahalaşacaq?

Bakı. Trend:

Hazırda Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb.

Bunu Trend-ə açıqlamasında “Azərbaycan Quş əti,Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimaiBirliyinin sədri Mürvət Həsənli deyib.

O bildirib ki, ötən aylarda Rusiyaya ixracımız 75 maşın idi.

"Bu ay isə 5-15 maşın arası yumurta ixrac edilir".

Sədr ölkəmizdə yumurtanın qiymətinin bahalaşacağı ilə bağlıxəbərlərə də toxunub:

"Yumurta bahalaşmayacaq. Çünki ölkədə istehsal edilən yumurtatələbatımızdan çoxdur. Bu gün üçün ölkədə yumurtaya olan tələbatgünlük 3 milyon civarındadır. İstehsal isə 4,5 milyona yaxındır. Busəbəblərdən də yumurtanın qiymətində bahalaşma olmayacaq. Bazardayumurta artıqlığı var. Keçən ilin müvafiq dövrünə nisbətən olanqiymətdir. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir".

M.Həsənli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə toyuqfermaları, xüsusən ətlik, süfrə yumurtası və damazlıq yumurtaistehsalı fermaları açmaq olar.

"Bununla bağlı həmin ərazilərdə olduq. Lakin həmin fermalarsovet dönəmindən qalıb. Sökülüb təzədən tikilməlidir", - deyə oqeyd edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
13
az.trend.az

10Mənbələr