AZ

Dünyada xərçəngdən ölüm halları durmadan artır, qorxunc statistika AÇIQLANDI

Dünyada xərçəng xəstəliyinin artması ilə bağlı son məlumatlar narahatlıq yaradır.
 
Türkiyədə Xərçənglə Mübarizə Dərnəyinin apardığı bir araşdırmanın nəticələri vəziyyətin ciddiliyini bir daha ortaya qoyub.

AZXEBER.COM xəbər verir ki, Türkiyədə bu xəstəliyə dair iş o yerə çatıb ki, ölkə üzrə orta hesabla hər 100 min qadından 177-də, hər 100 min kişidən 247-də xərçəng diaqnozu qoyulur.

Xərçənglə bağlı ölümlərin 20 faizi tütünlə bağlıdır. Siqaret çəkənlərdə ağciyər xərçəngi riski çəkməyənlərə nisbətən 30 dəfə yüksəkdir.

Yayımlanan məlumatlara görə, dünyada təxminən hər 6 ölümdən biri, Türkiyədə isə hər 5 ölümdən biri xərçəng səbəbiylə baş verir.
 
Türkiyənin Mərmərə Universitetinin Tibb Fakültəsinin müəllimi Gürkan Sert tərəfindən aparılan araşdırmaya görə, üçlü mənfi döş xərçənginin (TNBC) qlobal və yerli miqyasda bütün döş xərçəngi hadisələrinin təxminən 15 faizinini təşkil etdiyi məlum olub.
 
Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının 36 spesifik xərçəng növü və 185 ölkədən əldə etdiyi son məlumatlara görə, dünyada hər il 19,3 milyon yeni xərçəng hadisəsi qeydə alınır və bu rəqəmin 2040-cı ildə 30 milyonu keçəcəyi gözlənilir.
 
Bütün dünyada rast gəlinən hallar arasında süd vəzi xərçəngi 11,7 faiz, ağciyər xərçəngi 11,4 faiz, kolorektal xərçəng 10 faiz və prostat xərçəngi 7,3 faiz təşkil edir.
 
Qardaş Türkiyədə hər il 234 min yeni xərçəng hadisəsi olduğu halda, 2040-cı ildə təxminən iki dəfə artaraq 393 minə çatacağı gözlənilir. Bu halların yarısından çoxunun itirilməsinə baxmayaraq, xərçənglə əlaqəli ölümlərin hadisələrin sayına paralel olaraq illər ərzində təxminən iki dəfə artacağı güman edilir.

Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
azxeber.com

1Mənbələr