AZ

"Elçibəy dedi ki, Azərbaycanın beli qırıldı", - Arif Əliyev

Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev öz gözləri ilə gördüklərindən danışır.

O, Səadət Akifqızının suallarını cavablandırıb.

Videoya YouTube kanalımızda baxın.

Video müsahibənin ikinci hissəsində Arif Əliyev müstəqilliyin ilk illərində Azərbaycan Türkiyə münasibətlərindən danışıb.

"Türkiyənin çalışdığı o idi ki, Əbülfəz Elçibəy və Heydər Əliyev bir yerdə olsunlar. Onların yanaşma tərzi bu idi ki, Azərbaycanın güclənməsi üçün bu, birinci şərtdir", - Arif Əliyev danışır.

Onun sözlərinə görə, "Əbülfəz Elçibəylə Heydər Əliyevin əməkdaşlığı mümkünsüz idi".

"Heydər Əliyevin yanaşması bu idi ki, mənimlə əməkdaşlıq etmək istəyirsənsə, mənə tabeə olmalısan".

Arif Əliyev hesab edir ki, Əbülfəz Elçibəy romantik, Heydər Əliyev isə praqmatik siyasətçilər idilər.

O, Heydər Əliyev ilə Əbülfəz Elçibəyin hakimiyyətləri dövründə işğal olunan Azərbaycan ərazilərdən və bunun səbəblərindən də danışır.

Arif Əliyev ehtimal edir ki, "bəlkə də Əliyevlə Elçibəy dil tapa bilsə idi, o dövrkü itkilərin böyük bir qismi olmazdı".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
bbc.com

1Mənbələr