AZ

Fransa millisi qol vurmadan pley-off mərhələsinə yüksələn ilk komandadır

Fransa milli komandası, Avropa və Dünya Çempionatları tarixi ərzində qrup mərhələsində qol vurmadan pley-offa yüksələn ilk komanda olub.

90deqiqe.Az xəbər verir ki, fransızlar cari AVRO 2024-də iki oyun keçiriblər. Milli komanda Hollandiya ilə heç-heçə edib (0:0) və Avstriya müdafiəçisi Maksimilian Veberin avtoqolu sayəsində Avstriyanı məğlub edib.

Didye Deşamın komandası hazırda dörd xal toplayıb və D qrupunda ikinci yerdədir. Fransızlar 3-cü turdan sonra üçüncü yerdən aşağı düşməyəcəklər. Eyni zamanda, qrup mərhələsində üçüncü olan komandalar arasında Deşamın komandası mütləq ən yaxşı 4-lükdə olacaq və bu da onlara 1/8 finala çıxmaq hüququ verir.

Xatırladaq ki, qrup mərhələsində birinci və ikinci yerləri tutan komandalar, eləcə də  üçüncü yer sahibi olan ən yaxşı dörd komanda 1/8 finala yüksələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
90deqiqe.az

1Mənbələr