AZ

Şabranda evə basqın zamanı xəsarət alan Arif Hüseynovla bağlı YENİ XƏBƏR 

Ötən gün Şabranda baş verən basqın zamanı yaralanan 58 yaşlı Arif Hüseynovun Bakıda xəstəxanada ölməsi faktı həqiqəti əks etdirmir. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, ötən gecə Arif Hüseynov Bakıdakı xəstəxanaların birində əməliyyat olunub, amma hələ ayılmayıb. Həkimlər onun özünə gəlməyini gözləyir. 

Qeyd edək ki, iyunun 24-də Şabran rayonunda fərdi yaşayış evinə basqın edilib. Nəticədə ev sahibi Arif Hüseynov yaralanıb, həyat yoldaşı Gülnarə Hüseynova qətlə yetirilib. 

Basqının oğurluq məqsədi ilə törədildiyi deyilir. Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb.   

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
bizim.media

1Mənbələr