AZ

İcra hakimiyyətində ƏMƏLİYYAT: Həbs olunan şəxslərin əmlakları MÜSADİRƏ OLUNACAQ? - AÇIQLAMA

İcra hakimiyyətində ƏMƏLİYYAT: Həbs olunan şəxslərin əmlakları MÜSADİRƏ OLUNACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən Daşkəsən rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Korrupsiya əməliyyatlarının keçirilməsi nəticəsində hansı qurumlarda dəyişiklik gözlənilir? Mövzunu Sonxeber.az-a şərh edən politoloq Turab Rzayev deyib ki, Azərbaycanda korrupsiyaya qarşı əməliyyatlar aparılmalı və güclənməlidir:

"Bu istiqamətdə dövlət başçısının konkret iradəsi var. Korrupsioner strukturlar ləğv edilməlidir. Onlar daha şəffaf orqanlar əvəzlənməlidir. Bu yeni deyil. Daha əvvəl icra başçıları və əməkdaşları həbs olunub. Bir çox icra hakimiyyətlərində əməliyyatlar aparılıb. Nazir müavinləri və idarə rəisləri həbs olunub. Bununla bağlı ortaya qoyulmuş iradə var. Bu digər məmurlara nümunə olmalıdır ki, korrupsiyadan uzaq dursunlar. Onlar dövlət və xalqın malını talan etməməlidir. Buna görə həmin məmurlar etdikləri əməllərə görə cavab verəcəklər. Ortada açıq şəkildə faktlar var. Son illər məhkəmə sistemində islahatlar keçirildi. Ali məhkəmə və apelyasiya məhkəməsində xeyli dəyişikliklər oldu. Bu da onu göstərir ki, anti-korrupsiya əməlləri hüquq-mühafizə orqanlarını da əhatə edəcək. Orada çox güclü islahatlar aparılacaq. Korrupsioner məmurlar yerinə, daha təmiz və şəffaf işləyən gənc kadrların gətirilməsi müşahidə olunacaqdır".

Digər bir maraqlı məqam isə həbs olunan şəxslərin əmlaklarının taleyi ilə bağlıdır. Saxlanılan məmurların əmlakları müsadirə olunaraq dövlətə veriləcək? Hüquqşünas Şamil Paşayev sualımıza aydınlıq gətirib:

"Cinayət yolu ilə əldə edilən əmlaklar ilə bağlı Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq xüsusi müsadirə həyata keçirilə bilir. Əməliyyat-istintaq tədbirləri davam edir İlkin olaraq həbs qoyulub. Məhkəmənin yekun qərarı qəbul edildikdən sonra bu barədə daha dəqiq məlumat vermək olar. Yəni şəxslərin cinayət yolu ilə pul əldə etməsi faktı sübuta yetirilsə, özünün yaxud başqasının adına alınan əmlaklar dövlətə verilə bilər".

Qeyd edək ki, saxlanılanlardan Elman Məmmədovun oğlu da Gəncədə yüksək vəzifə sahibidir. E.Məmmədovun oğlu Muraz Məmmədov Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsinin rəis müavinidir. M.Məmmədov 6 aydır ki, rəis müavini vəzifəzinə təyin edilib. O bundan öncə idarədə sektor müdiri vəzifəsini icra edib.

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
sonxeber.az

1Mənbələr