AZ

Xarici siyasətICESCO-nun Baş katibi: Şuşada gənclərlə bağlı forumun keçirilməsi xalqlar arasında sülhə töhfə verir

Şuşada “By youth for youth” (“Gənclikdən gəncliyə”) adlı beynəlxalq konfransın keçirilməsi ilə bağlı təşəbbüs xalqlar arasında sülhə töhfə verir.

“Far.Az”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu ICESCO-nun Baş katibi Səlim Əl-Malik deyib.

O, bu təşəbbüsə görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbaycan xalqına təşəkkür edib.

Baş katib bildirib ki, sülhün bərqərar olmasında gənclərin mühüm rolu var: "Həmçinin, İSESCO-nun əmək qüvvəsinin 42 faizini gənclər təşkil edir. Biz bu rəqəmi 50 faizə çatdırmaq istəyirik”.

Səlim Əl-Malikin fikrincə, bu forum ümid çırağıdır: “İnanırıq ki, bu təşəbbüs davamlı olacaq”.

Onun sözlərinə görə, ICESCO ilə Azərbaycan arasında əməkdaşlıq güclənir və bundan sonra da güclənəcək: “Biz COP29 sammitində də iştirak etmək istəyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
far.az

1Mənbələr