AZ

Dünya Azərbaycanın yaşıl gündəliyini  maraqla izləyir

Bakı Enerji Həftəsində dünyanın 37 ölkəsini təmsil edən iştirakçılar qısa müddət ərzində Azərbaycanda hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində əldə olunmuş uğurlarla tanış ola bildilər. Burada dövlətimizin digər önəmli məqsədi bu ilin payızında paytaxtımızda keçiriləcək COP29 kimi beynəlxalq tədbirdə qlobal həmrəyliyə və birliyə nail olmaqdır. Prezident İlham Əliyev iyunun 21- də “Euronews”a verdiyi müsahibədə bu və digər məsələlər barədə  deyib ki,  Bakı Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir.  Bu gün Azərbaycanda çox yaxşı sərmayə mühiti mövcuddur. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.

Bu gün məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasəti sayəsində nüfuzlu beynəlxalq şirkətlər ölkəmizə iri həcmli sərmayələr qoyurlar. Hazırda ölkəmizin “Masdar”, ACWA Power” və BP kimi böyük tərəfdaşları var. İşlərin həcmi getdikcə artır və Azərbaycan milli enerji şəbəkəsini gücləndirir.

Çünki ölkə mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıdır. Bunun üçün ötürülmə xətləri ilə bağlı qonşu ölkələrlə fəal çalışmalar aparılır. Azərbaycan üçün əsas hədəf yaşıl enerjinin dünya bazarlarına ixracını təşkil etmək və onun miqyasını artırmaqdır. Ölkə başçımızın dediyi kimi, bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və nəticədə qənaət edilmiş təbii qaz əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.

Azərbaycan indi ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Hazırda dövlətimiz milli enerji şəbəkəsini gücləndirir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, ölkəmiz sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıdır. Eyni zamanda, Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən əsas hədəf ixracdır: « Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun. Təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.»

Ən önəmli fakt isə odur ki, hazırda Azərbaycan öz enerji imkanlarından fəal şəkildə istifadə etməklə külək və günəş enerjisi perspektivlərini, eləcə də qaz ehtiyatlarının inkişafı və ixracını araşdırır. Respublikamız ölkə daxilində bərpaolunan enerji mənbələrindən istifadənin artırılması yollarını nəzərdən keçirir, həmçinin enerji təhlükəsizliyini təmin etmək üçün qaz tədarükü vasitəsilə Avropa ölkələrinə yardım göstərir. Ölkəmiz eyni zamanda tullantıların azaldılmasına da mühüm töhfə verir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
ikisahil.az

1Mənbələr