AZ

“Vətəndaş Həmrəyliyi Partiyası hər zaman seçkilərə hazırdır” — Samir Əsədli

Bildiyimiz kimi, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 

Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Bəs, partiyalar daxilində parlament seçkiləri ilə bağlı hazırlıq işləri görülübmü? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Samir Əsədli bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyası hər zaman seçkilərə hazır olub. 

Samir Əsədlinin sözlərinə görə, bütün texniki və təşkilati işlər həyata keçirilib:

“Bu seçkilərlə bağlı xeyli əvvəldən bizim hazırlığımız başlamışdı və texniki və təşkilati bütün işlər görülüb. 50 seçki dairəsi üzrə namizədimiz əvvəldən hazır idi. Digərləri üzərindən iş aparılır. Hardasa 70-dən artıq seçki dairəsindən ilkin mərhələdə namizəd irəli sürəcəyik. Sonradan isə namizədlərin qeydiyyatı və digər məsələlər təbliğat-təşviqat işləri aparılacaq. Bu həftə Siyasi Şuranın iclası var. Yəqin ki, gələn həftə Siyasi Şuranın seçkidə iştirak qərarı tam veriləcək. Sənədlər Seçki Komisyasına və müvafiq dairələrə təqdim olunacaq”. 

Qeyd edək ki, Azərbaycanda sonuncu parlament seçkisi 2020-ci ilin fevralında baş tutub. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
demokrat.az

1Mənbələr