AZ

18 yaşlı Ağdərə şəhidi - Göylərdən bizə baxır...

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. 

Şəhidlər and yerimzidir.

Şəhidlər qürur mənbəyimzidir, fəxarət duyğumuzdur. 

Xalqımızın müsətqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır. Azərbaycan öz müstəqilliyinə görə ilk növbədə şəhidlərə minnətdar olmalıdır. 

Bir ömür boyu vəfa borcumuz olan şəhidlərdən biri də Səməd Sədiyar oğlu Abdullayevdir. O Səməd ki, cəmi 18 yaşında şəhadətə yüksəldi. O Səməd ki, indi göylərdən bizə baxır.  SEO Xidməti

Göyçayın igid balası SƏməddən danışırıq...

Səməd  Abdullayev 2002-ci il iyunun 17-də Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. 

Azərbaycan Ordusunun əsgəri olan Səməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Səməd Abdullayev oktyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub. 

Göyçay rayonunda dəfn olunub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. 

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. 

Əməkdar müəllim Pərviz Yəhyalı Səmədi belə xatırlayır: "Məktəbdə müəllimlərin və uşaqların sevimlisi idi. Sakit təbiətli idi. Heç vaxt valideynlərini incitməzdi. Ailəcanlı övlad idi. Dərslərində, gördüyü işlərdə dəqiq və məsuliyyətli idi. Səmədin oturduğu partanı "fəxri parta" elan etmişik. Bir həftə ərzində hansı şagird təhsili və tərbiyəsi ilə seçilirsə, həmin şagir Səmədin partasında əyləşir. Məktəbimizdə xoş bir rəqabət yaranıb. Belə bir məzunumuz oldğu üçün qürur duyuruq. Ruhu şad oslun!" 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
yenisabah.az

1Mənbələr