AZ

Vüsal Məmmədov direktor təyin edildi

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyinat olub.

News365.az xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının Qərarına əsasən, Vüsal Ələkbər oğlu Məmmədov “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyin edilib.

Qeyd olounur ki, V.Məmmədov bu təyinata qədər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

O, həmçinin Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsində şöbə müdiri, "Naxçıvansığorta" ASC-də İdarə Heyətinin üzvü və digər vəzifələrdə çalışıb.


Seçilən
105
11
news365.az

10Mənbələr