AZ

ABŞ Keniyanı NATO-dan kənar mühüm müttəfiq elan etdi

ABŞ prezidenti Co Bayden Keniyanı “NATO-dan kənar mühüm müttəfiq” adlandırıb.

Ağ Evdən verilən açıqlamada, “ABŞ Konstitusiyası və qanunları, o cümlədən 1961-ci il Xarici Yardım Aktının 517-ci Bölməsi ilə prezident kimi mənə (Bayden) verilən səlahiyyətə əsaslanaraq, Keniyanı Akt və Silah İxracına Nəzarət Qanununun məqsədləri üçün ABŞ-nin əsas qeyri-NATO müttəfiqi elan edirəm”.

Beləliklə, Keniya "NATO-dan kənar mühüm müttəfiq" titulunu alan ilk Saharaaltı Afrika ölkəsi oldu.

ABŞ regionda Rusiya və Çin təsirinin artmasına qarşı hərəkət edir

Bəyanatda Keniyanın Şərqi Afrikada İŞİD terror təşkilatı, eləcə də Əl-Şəbabla mübarizədə göstərdiyi səylərə, Ukraynaya verdiyi dəstək və ABŞ-nin milli təhlükəsizlik prioritetlərinə verdiyi dəstək, o cümlədən təhlükəsizlik qüvvələrini bu ölkəyə yerləşdirmək səylərinə diqqət çəkilib.

Bildirilir ki, Vaşinqtonun bu addımı bölgədə artan Rusiya və Çin təsirinin əleyhinədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
aznews.az

1Mənbələr