AZ

Luis de la Fuente: “Favorit olmağımıza əhəmiyyət vermirəm”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Albaniya yığması ilə oyunu (1:0) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istiandən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hər oyun çox gərgin keçir. Gördüyümüz iş həqiqətən çətin idi – hər üç oyunda qalib gəlmək və qapımızı üç dəfə “quru” saxlamaq. Biz soyuqqanlılığa sahib olmalıyıq. 1/8 finalda kiminlə qarşılaşacağımızı bilmək üçün gözləməliyik, amma mənən hər kəslə oynamağa hazır olacağıq. Avropanın 16 ən yaxşı komandası növbəti mərhələyə yüksələcək, ona görə də favorit olmağımıza əhəmiyyət vermirəm. Bu gün zirvədə ola bilərsən, amma sabah heç kimə çevrilə bilərsən. Gəlin, futbolçulara əlavə təzyiq göstərməyək”, deyə Luis de la Fuente vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “B” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:

  1. İspaniya – 9 xal
  2. İtaliya – 4 xal
  3. Xorvatiya – 2 xal
  4. Albaniya – 1 xal

İspaniya və İtaliya yığmaları yarışın 1/8 final mərhələsinə vəsiqə birbaşa qazanıblar. İndi İspaniya yığması rəqininin intizarındadır. “Skuadra adzurra” isə ələmə mərhələsində İsveçrə yığması ilə qarşılaşacaq. Xorvatiya yığmasının isə 1/8 finala çıxmaq üçün çox cüzi nəzəri imkanı var. Albaniya yığması isə yarışı tərk edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
arena.az

1Mənbələr