AZ

“Qarabağ”ın sabiq hücumçusu Bakı klublarının transfer siyahısında

Azərbaycan II Liqasında başa çatan mövsümün 31 qolla ikinci ən məhsuldar oyunçusu Elvin Nəsibov “Füzuli”dən ayrılıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, “Qarabağ”ın sabiq üzvü Bakının iki klubunun maraq dairəsindədi

Söhbət “Hypers” və “Şəfa”dan gedir. Aşağı liqanın maliyyə cəhətdən iki imkanlı klubu 27 yaşlı forvarda öz təklifini edib.

Hətta Vüqar Nadirovun baş məşqçisi olduğu “Hypers” “Şəfa”nın təklifindən sonra hücumçuya daha yaxşı müqavilə şərti irəli sürməyə çalışır.

Məsələyə yaxın 2 həftə ərzində tam aydınlıq gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
idmanxeber.az

1Mənbələr