AZ

Nepalda timsah bir qadını öldürdü

Nepalda bir qadın timsah hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, hadisə Navalparasi şəhərinin Sehari kəndində baş verib.

Min Bahadur Taru adlı şəxs Narayani çayında çimərkən timsahın hücumu ilə üzləşib.1 saatdan çox suyun altında sürüklənən yaşlı qadın həyatını itirib.

Qadının meyiti müayinə olunmaq üçün məhkəmə tibb müəssisəsinə göndərilib. Tutulan timsah da nəzarətə götürülüb.

Qeyd edək ki, Nepalda hər il onlarla insan vəhşi heyvanların hücumu nəticəsində ölür.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
konkret.az

1Mənbələr