AZ

Perm alimləri Alzheimer xəstəliyinin erkən diaqnozu üçün metodu patentləşdiriblər

Perm Politexnik Universitetinin alimləri beyin damarlarının maqnit həssaslığının təhlili əsasında Alzheimer xəstəliyinin erkən diaqnostika metodunu yaradıblar.

Aztibb.az “EcoPravda” portalına istinadən xəbər veri ki, aşağı göstərici hemoqlobin zülalının yaxşı keçiriciliyini, yüksək göstərici damar divarlarının qalınlaşmasını göstərir ki, bu da xəstəlik riskinin olması deməkdir.

81 xəstə üzərində aparılan araşdırmalar göstərib ki, ən çox məlumat verən beynin hər iki yarımkürəsindəki bazal və talamik venalardır.

Perm Politexnik Universitetinin elmi-tədqiqat şöbəsinin müdiri Aleksandr Alekseyev: "Bu, bizim metodumuzun ilk fundamental fərqidir", -deyə bildirib.

İkinci fərq odur ki, xüsusi rəqəmlər əvəzinə dəyərlər kateqoriyası istifadə olunur: aşağı, orta, yüksək. Bu dəyərlərin birləşməsinin təhlili bizə beynin vəziyyətini qiymətləndirməyə imkan verir.

Metod 95% hallarda dəqiqlik nümayiş etdirib və 5% əlavə tədqiqatlar tələb olunur. Yeni metod üçün artıq patent də alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
aztibb.az

1Mənbələr