AZ

Deputat: “Yaşlı şəhid ailələrinə mənzil növbədənkənar verilsin”

“Düşünürəm ki, yaşı 70-80-dən çox olan şəhid ailələri növbədənkənar mənzillə təmin olunmalıdırlar”.

“Cebhe.info” xəbər verir ki, bu təkliflə Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentin bugünkü iclasında çıxış edib. 

Deputat əlavə edib ki, şəhid ailələrinin mənzillə təmin olunmasını yüksək qiymətləndirir:

“Amma hələ də ağır şəraitdə yaşayan şəhid ailələri var. Onların bəziləri hətta 80 yaşı keçiblər. Doğrudur, şəhid ailələri növbəli şəkildə mənzillə təmin olunur. Keçən iclasda hörmətli nazir Sahil Babayev növbədəkar mənzil verilməsinin ədalətsiz olduğunu dedi. Amma 80 yaşlı insanın nə qədər ömrü qalıb ki, oturub mənzil növbəsi gözləsin? Bu baxımdan hesab edirəm ki, yaşlı şəhid ailələrinin növbədənkənar mənzillə təmin olunması daha ədalətli qərar olar”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
cebheinfo.az

1Mənbələr